Qaynar xətt:

(+99450) 247 90 86

"Dost dediyim insan..." -Putin efirdən onu salamladı (VİDEO)

2024/12/19/1734609305_1734608713.1_7b3382cd.jpg

DÜNYA

215

19.12.2024, 16:01

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı Çin lideri Si Cinpinə salamlarını çatdırıb. 

Oxu24.com   Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri həmçinin, Si Cinpini ən böyük dostu adlandırıb. 

"Çin Xalq Respublikasının lideri, dost hesab etdiyim insan, Prezident Si Cinpinə ən xoş salamlarımı çatdırıram", - deyə Putin ifadə edib.

O, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünün qeyd olunacağını xatırladıb. Rusiya lideri qeyd edib ki, son onilliklər ərzində münasibətlərin səviyyəsi və keyfiyyəti daha da inkişaf edib. 

Gülayə Mecid